Xəbər verir ki, Heydər Əliyev Fondu və Mədəniyyət Nazirliyinin təşkilatçılığı ilə keçirilən “Xarıbülbül” VII Beynəlxalq Musiqi Festivalına mayın 13-də Laçın şəhərində yekun vurulub.
Bizim.Media xəbər verir ki, bağlanış mərasimində Xalq artisti Aygün Kazımova da səhnəyə çıxıb.
Pop diva festival üçün xüsusi olaraq “Turan marşı” mahnısını ifa edib. Kazımova mahnını aşıq Roman Azaflı ilə birlikdə hazırlayıb. Aygün tədbir üçün qırmızı “tulum” seçib.
Qeyd edək ki, “Turan marşı”nın müəllifi Roman Azaflıdır.
Rəşad Əliyev, Bizim.Media