Puqaçovanın müğənni qızı Rusiyanın baş sarayında pulsuz ÇIXIŞ EDƏCƏK

Puqaçovanın müğənni qızı Rusiyanın baş sarayında pulsuz ÇIXIŞ EDƏCƏK

Hazırda oxunan: Puqaçovanın müğənni qızı Rusiyanın baş sarayında pulsuz ÇIXIŞ EDƏCƏK

190916

Rusiyanın Əməkdar artisti Kristina Orbakayte Kreml sarayında pulsuz çıxış etməyə razılaşıb.

Bizim.Media “Mash” teleqram kanalına istinadən xəbər verir ki, Orbakayte, 1 iyun - “Uşaqların Müdafiəsi Günü” münasibətilə keçiriləcək festivalda anası Xalq artisti Alla Puqaçovanın “Bilirsən, hələ də olacaq” mahnısını oxumağa hazırdır.

Həmçinin yayılan məlumatda Kristinanın konsertdə sondan ikinci çıxış edəcəyi nəzərdə tutulub. 

Orbakayte festivalın təşkilatçısı Vyaçeslav Şainskinin (məşhur sovet bəstəkarı Vladimir Şainskinin oğlu) təklifini dərhal qəbul edib və bildirib ki, Moskvaya gəlmək üçün əvvəlcədən elan etdiyi 5,5 milyona ehtiyac yoxdur.  
Çünki ölkənin baş sarayı və xeyriyyə konserti “dırnaqarası tədbir” deyil.  

Qeyd edək ki, dekabrın əvvəlində K.Orbakayte gözlənilmədən Amerikadan Rusiyaya gedib və “İlin mahnısı” qala-konsertində çıxış edib.

Orada estrada ulduzu dinləyicilərinə sevgisini və onlar üçün darıxdığını söyləyib. Buna baxmayaraq, sənətçinin ailəsi hələ Rusiyaya qayıtmaq niyyətində deyil. Onlar ABŞ-da yaşayırlar.  

Rəşad Əliyev, Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO