Manaf Ağayev:

Manaf Ağayev: "Aramızda "torba tikən" məşhurlar var" - VİDEO

Hazırda oxunan: Manaf Ağayev: "Aramızda "torba tikən" məşhurlar var" - VİDEO

190458

"Flora Kərimova və İlhamə Quliyevanı barışdırmaq mənim çəkim üçün deyil. Onların öz çəkisi var. Mən yalnız hansısa bir həmkarımı barışdıra bilərəm. O da ki şou-biznesdə elə ifaçılar var ki, onlar barışmaq üçün mənə ağız açsalar da etmərəm. Gücüm çatanı barışdırıram. Amma bu, o demək deyil ki, mən nə deyirsəmsə o da olur".

Bizim.Media xəbər verir ki, bu sözləri müğənni Manaf Ağayev qonaq olduğu "Elgizlə izlə" ictimai-sosial verilişində deyib.

Sənətçi bildirib ki, o, münasibəti olmayan həmkarlarını barışdırmaq qüdrətində deyil:

"Elə müğənnilər var ki, onlar barışsa da heç nə dəyişilməyəcək. Çünki onlar bütün sərhədləri aşıblar və xeyri yoxdur. Misal üçün iki aşıq Telli Borçalı və Zülfiyyə İbadovanın arasında problem yaşandı. Mən onları dünən efirdə barışdırdım. Həm Telli həm də Zülfiyyə ilə 50 ildir ki, "salam-əleykimiz" var, dostlarımdır. Bir sözlə, münasibətim var. 

Amma elə müğənnilər var ki, onunla bir dəfə də olsun "salam"ımız olmayıb, necə onu kimləsə barışdırım. Yalnız mənimlə münasibəti olan insanları bir araya gətirə bilərəm, çünki məni eşidə bilər".

"Məndə xainlik, paxıllıq, mərdiməzarlıq yoxdur. İstəsəm də olmaz..." sözlərini dilə gətirən Manaf bildirib ki, bir sıra həmkarları bir-birinə pisliklər edirlər:

"Amma indikilər fikirləşirlər ki, kimə "torba tikək". Cavanşir Məmmədov dünyasını dəyişib, amma yenə də onun arxasıyca xoşagəlməz sözlər danışırlar. Görün, bunlar nə qədər aqressivləşiblər. 15 il əvvəllərə qayıtsaq, belə bir şeylər yox idi. Amma indi həzm edə bilmirlər, xainlik edirlər".
 

Rəşad Əliyev, Bizim.Media
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO