Müğənni Sevda Yahyayeva həyat yoldaşı, həkim-genetik Zakir Bayramovla yenidən Avropaya yollanıb.
Bizim.Media xəbər verir ki, İspaniyanın Barselona şəhərini gəzən cütlüyə bir sıra tarixi məkanları görmək qismət olmayıb.
Bu haqda Sevda sosial şəbəkə hesabında məlumat verib. Sayca 4-cü dəfə Barselonaya gedən Zakir hələ də “Sagrada Família” adlı məşhur tarixi binaya girə bilmədiyini söyləyib.
Hətta Sevda ilə əri bilet belə ala bilməyiblər. Bununla yanaşı, onlar “Park Güell”ə də daxil ola bilməyiblər.
Rəşad Əliyev, Bizim.Media