Müğənni Aysun İsmayılova növbəti açıqlaması ilə diqqətləri üzərinə cəmləyib.
Bizim.Media xəbər verir ki, sənətçi qonaq olduğu “Tarixin bir günü” verilişində bildirib ki, haqqında sosial şəbəkələrdə xoşagəlməz sözlər yazan bir neçə şəxsi hüquq mühafizə orqanlarına şikayət edib.
“Bir müddət əvvəl haqqımda sosial şəbəkələrdə təhqir yazan bir neçə şəxsi Bakı Baş Polis İdarəsinə şikayət etmişəm. Onlar necə lazımdır cəzalandırılıblar. Buna görə də, onlara təşəkkürümü bildirirəm. Hazırda digər bir şəxs barəsində araşdırma aparılır. Bəzən təhqiri də keçirlər, şər-böhtan yazırlar. Sanki hadisələr onların yanında baş verib.
Başqası yazanda ki, “niyə belə deyirsən?”, cavab verir ki, “Sən bilmirsən, hadisə olanda mən onun yanında idim”. Onda da artıq deyirsən ki, “gəl görüm sən harada idin...”
Sosial şəbəkələrdə xoşagəlməz və təhqir dolu sözlər yazan şəxslər boş-bekardırlar. Onlar həyatda o qədər bədbəxtdirlər ki, insanların xoşbəxtliyinə neqativ qatmaq istəyirlər.
Bugünkü gün mən çox xoşbəxtəm. Heç kimin həyatında gözüm yoxdur, başımı özümə qatmışam. O qədər bədbəxt insanlardır ki, işi-gücü, savadı yoxdur, oturub evdə edə biləcəyi yalnız qarğış və ya təhqirdir”, - deyə Aysun vurğulayıb.
Rəşad Əliyev, Bizim.Media