İtaliyanın Liqnano şəhərində gənc cüdoçular arasında keçirilən Avropa kuboku başa çatıb.
Bizim.Media xəbər verir ki, Azərbaycan cüdoçuları yarışı 2 qızıl, 1 gümüş və 3 bürünc medalla başa vurublar.
Yarışın ikinci günündə Süleyman Şükürov (81 kq) gümüş medal qazanıb, Qədir Hüseynov 7-ci yerə çıxıb.
100 kq-da Əjdər Bağırov qızıl, Nihad Şıxəlizadə bürünc medala sahib olub. +100 kq-da isə Ramazan Əhmədov fəxri kürsünün üçüncü pilləsinə qalxıb. Azərbaycan komanda hesabında medal əyarına görə 4-cü, oğlanlar arasında isə 2-ci yeri tutub.
Qeyd edək ki, daha öncə 60 kq çəkidə Nizami İmranov qızıl, Məhəmməd Musayev (66 kq) bürünc medala yiyələnib.
Rəşad Rafiqoğlu, Bizim.Media
- A-
- A
- A+
Şoutaym
15:42 / 22.04.2024
Cüdoçularımız Avropa Kubokunda 2-ci OLDULAR
Hazırda oxunan: Cüdoçularımız Avropa Kubokunda 2-ci OLDULAR
Hazırda oxunan: Cüdoçularımız Avropa Kubokunda 2-ci OLDULAR
188396
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.