Xəbər verdiyimiz kimi, Əməkdar artist Cavanşir Məmmədov bu gün 70 yaşında qəfil vəfat edib.
Bizim.Media xəbər verir ku, sənətkarın nəşi Göy məscidə gətirilib.
C.Məmmədovun qudası Bizim.Media-nın əməkdaşı ilə söhbətində bildirib ki, məsciddə cənazə namazı qılındıqdan sonra müğənni dəfn olunmaq üçün Yasamal qəbiristanlığına aparılacaq. O valideyinlərinin yanında torpağa tapşırılacaq. Müğənni ilə vida mərasimi olmayacaq.
Bundan başqa V.Məmmədov açıqlamasında vurğulayıb ki, sənətkarın 3,7 mərasimi birlikdə Heydər məscidində keçiriləcək.
Rəşad Əliyev, Bizim.Media