Ağır xəsarət alan Kübra Əliyeva: “Nə qədər huşsuz qalmışam bilmirəm” - VİDEO

Ağır xəsarət alan Kübra Əliyeva: “Nə qədər huşsuz qalmışam bilmirəm” - VİDEO

Hazırda oxunan: Ağır xəsarət alan Kübra Əliyeva: “Nə qədər huşsuz qalmışam bilmirəm” - VİDEO

187712

“Mən həyatın hər sınağına hazıram. Əgər bu yaşımda bu sınaq idisə... Hamıya da deyirəm ki, küçəyə çıxanda və hardansa geri qayıdanda  ehtiyyatlı olun. Yıxılanda bu dünyaya geri qayıtdığıma görə çox sevindim. Mən nə qədər huşsuz qalmışam bilmirəm. Gözümü açanda sarışın bir qızı gördüm. Ona sual verdim ki, “Sən kimsən?”. Müğənni Kifayət Gəncəlinin qızı olduğunu dedi”. 

Bizim.Media xəbər verir ki, bu sözləri Əməkdar artist Kübra Əliyeva qonaq olduğu “Elgizlə izlə” ictimai-sosial verilişində deyib. 

Sənətkar bildirib ki, bir neçə həftə əvvəl yıxılaraq ayağını əzib və başından ağır zədə alıb:  

“Sanki kimsə məni qaldırıb yerə çırpmışdı. Nələrin baş verdiyindən bixəbər idim. Bu Allahdan  gələn bir sınaqdır. Görünür Allah mənim hansısa bir günahımı bağışladı. Yıxılsam da, sınığım və ya çıxıntım olmadı. Əzildim... Hadisənin üzərindən 25 gün keçdi. Yıxılanda gicgahım dəyib. Hadisənin üzərindən bir gün keçəndən sonra gördüm ki, sanki gözümün içinə narı sıxmışdırlar, qıpqırmızı idi. Həmin halda şəklimi çəkib həkimə göndərdim. O mənə dərman yazdı onu qəbul etdim 2-3 gündən sonra qızartı çəkildi”. 

 

Rəşad Əliyev, Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO