Müğənni Nazənin Salayeva qonaq olduğu "Rəngarəng səhər" verilişində aparıcılarını tənqid edib.
Bizim.Media xəbər verir ki, sənətçi proqramın aparıcıları Zaur Nəbioğlu ilə Aysel Novruzovanı gələn qonaqlara onların səviyyəsində olmayan sənətkarlar haqqında şərh bildirməklərinə şərait yaratdıqları üçün etiraz edib.
"Xətrinizə dəyməsin, verilişinizdə yalnışlıqlar edirsiniz. Misal üçün, o insanın həddinə deyil ki, böyük sənətkar haqqında fikir bildirsin.
Burada söhbət məndən getmir. Siz həmin şəxsdən fikrini alırsınız. Əlinə sənətkarın şəklini verib deyirsiniz ki, “onun haqda danış”. Mən Əməkdar artistlər Rühəngiz Allahverdiyeva və Firuzə İbadova kimi sənətkarları görəndə and olsun Allaha, o qədər özümdə məsuliyyət hissi çəkirəm.
Toyda fonoqram belə oxuyanda əlim-ayağım əsir, mikrofonu qoyub qaçıram onların qabaqlarına. Sizdə elə sənətkarlardan sual verirsiniz... Yerlərdə olan insanlar onlar haqqında fikir bildirirlər. Hətta onları bəyənmirlər. Onlara bu cür şərait yaradan aparıcılar efir məkanında az deyil", - deyə Nazənin vurğulayıb.
Zaur və Aysel isə Nazənin bu fikirlərinə "Bizim verilişimizin formatı budur" deyərək, məsələyə qısa olaraq münasibət bildiriblər.
Rəşad Əliyev, Bizim.Media