İlahə İbadova: “Qızım 13 ildir ki, atasını görmür” - VİDEO

İlahə İbadova: “Qızım 13 ildir ki, atasını görmür” - VİDEO

Hazırda oxunan: İlahə İbadova: “Qızım 13 ildir ki, atasını görmür” - VİDEO

187402

“Qızım Ayan atasını az gördüyü, daha dəqiq desək görmədiyi üçün məni daha çox istəyir. O, atasını 2 yaşına kimi görüb. Hazırda 15 yaşı var. Qızım atasını 13 ildir ki, görmür. Ayan yox atası onu görmək istəmir. Səbəb isə yəqin ki, özünün ikinci dəfə ailə qurmasıdır. Onun 3 övladı var. İkisi oğlan, biri qızdır”. 

Bizim.Media xəbər verir ki, bu sözləri “Xalq ulduzu” mahnı yarışmasından sonra məşhurlaşan müğənni  İlahə İbadova qonaq olduğu “Rəngarəng səhər” verilişində deyib. 

Keçmiş həyat yoldaşı, həmkarı Mirsaleh Əliyevlə münasibətlərindən söz açan sənətçi bildirib ki, qızı Ayan ona atasızlıq hissini göstərməyib: 

“Əgər keçmiş ərim zəng edib desə ki, qızımla görüşmək istəyirəm, o hər halda görüşər atası ilə... Amma sonradan onun reaksiyası necə olacaqsa bilmirəm. Qızım atasının yoxluğunu mənə heç zaman hiss etdirməyib. Nə də ki, mən ona hiss etdirmişəm”. 

İlahə həmçinin vurğulayıb ki, əri Mirsaleh ilə aralarında dava və söz-söhbət olmayıb: 

“Bizim aramızda heç zaman davamız olmayıb. Keçmiş ərimin ailəsi yəni valideyinləri bizə müdaxilə ediblər. Böyüklərim istədilər ki, biz barışaq, amma bu olmadı. Çünki elə sözlər var ki, onlardan sonra çox inciyirsən və keçə bilmirsən. Mənim evliliyimdə məntiq var idi. Düşünürdüm ki, o musiqiçidir və ailəmiz çox gözəl ola bilər. Hər halda sənətimi başa düşə bilərdi. Amma bizim aramızda heç bir söz-söhbət olmayıb. Mən bilmirəm məni sevirdi ya yox. Amma o zaman deyirdi ki, “Səni sevirəm”... İnsanlar arasında zaman keçdikcə sevgi də, hörmət də bitir. Bu cəzanı övladım çəkməməli idi. Amma olana, ölümə çarə yoxdur”. 

Qeyd edək ki, İlahə İbadova daha əvvəl ki müsahibələrində həyat yoldaşı Mirsaleh Əliyevin dörd aylıq qızına əl qaldırdığı açıqlamışdı.  İlahə “Azəri star” yarışmasının iştirakçısı Mirsaleh Əliyevlə ailə qurmuşdu. M.Əliyev sənətçiyə evlilikləri müddətində təzyiqlər göstərib və dəfələrlə təhqir edib, döyüb. Münasibətlərində ciddi problem yaşayan İ.İbadova və M.Əliyev boşanıb. Bu evlilikdən onların Ayan adlı bir qızı var.  
 

Rəşad Əliyev, Bizim.Media
 
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO