“19 yaşımda ana oldum. Hər zamanda uşaqlarımı fikirləşdim. Onlar xəstələnəndə elə düşünürdüm ki, bu saat onlara pis bir şey olacaq. Dəli olurdum, başıma hava gəlirdi ki, onlara nəsə olsa, özümü öldürəcəyəm. Yəni bu vəziyyətə çatırdım”.
Bizim.Media xəbər verir ki, bu sözləri Əməkdar artist Mətanət İsgəndərli “Space star” verilişində deyib.
Qardaşının dializ xəstəsi olduğunu söyləyən sənətçi bildirib ki, o, övladlarını ona tapşırıb:
“Qardaşım uzun illərdir ki, dializ xəstəsidir. Onun ailəsini də mən dolandırıram. Əgər bu gün mən evimdə yemək yeyirəmsə, ürəyim partlayar, bilsəm ki, qardaşım və ya bacım ac oturub. Qardaşım deyir ki, mənə bir şey olsa, övladlarımı tək qoymarsan. Bilinmir ki, qardaşım bu ağır xəstəliklə nə qədər yaşayacaq. Hər gün o, dializə gedir. Öz dərdini çəkmir... Ona sənin övladlarına baxacağam deyəndən sonra rahat nəfəs almağa başlayır”.
Rəşad Əliyev, Bizim.Media
- A-
- A
- A+
Şoutaym
09:35 / 16.04.2024
Mətanət: “Xəstə olan qardaşım övladlarını mənə tapşırıb”
Hazırda oxunan: Mətanət: “Xəstə olan qardaşım övladlarını mənə tapşırıb”
Hazırda oxunan: Mətanət: “Xəstə olan qardaşım övladlarını mənə tapşırıb”
187379
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.