Nizami Rəmzinin qızı “bacısı” ilə barışıb? – VİDEO 

Nizami Rəmzinin qızı “bacısı” ilə barışıb? – VİDEO 

Hazırda oxunan: Nizami Rəmzinin qızı “bacısı” ilə barışıb? – VİDEO 

186265

Xəbər verdiyimiz kimi, mərhum meyxana ustadı Nizami Rəmzinin qızı Heyran “Elgizlə izlə” ictimai-sosial verilişinin efirinə çıxaraq özünü onun atasının qızı olduğunu iddia edən Reyhandan DNT testi tələb edib.  

Bizim.Media xəbər verir ki, Heyran yenidən sözügedən proqramın efirinə çıxaraq bacısı Reyhanla bağlı diqqət çəkən açıqlamalar verib. 

Heyran bildirib ki, bacısı Reyhan haqqında səsləndirdiyi sərt fikirlərə görə peşman olub:  

“Mən ötən verilişdə çox sərt danışdım. Allah Reyhana da başqa xəstələrə də kömək olsun. Mənim övladım da problemli uşaqdır. Autizm sindromundan əziyyət çəkir. Reyhanın yaxınları məni çilədən çıxartdılar. Mənə xoşagələməz mesajlar yazdılar. Ona görə də mən bu efirdə onun haqda sərt fikirlər səsləndirdim. Amma sonra mənə dedilər ki, sən zalım insan deyilsən. Reyhan Allah bəndəsidir. Mən istəmərəm ki, ona nəsə pis bir şey olsun. 

Mənim özümün səhhətim yaxşı deyil. Kəllə sümüyüm iki yerə ayrılıb, ağır beyin əməliyyatı keçirmişəm. Məndən əl çəksinlər. Mənim üstümə gəldilər. Onlar məni zalım insana çevirdilər. Əslində isə mən belə insan deyiləm. Reyhan haqqımda yaxşı da danışmasın, pis də... Deməyim o idi ki, məni pisləmə... Mənə çox pis təsir etdi ki, mən ona o qədər yaxşılıqlar etmişəm. Düzdür, onu villalarda yaşatmamışam, amma özümdə villada yaşamıram. Mən atamın anasının evində yaşayıram”. 
Qeyd edək ki, özünü Nizami Rəmzinin qızı kimi təqdim edən Reyhanın narkotik asılılığından əziyyət çəkməsi və səfil həyatı yaşaması ilə bağlı bloger Nail Kərimli sosial şəbəkə hesabında məlumat paylaşıb. Bundan sonra o, Reyhanı onun istəyi ilə reabilitasiya mərkəzlərinin birinə müalicəyə göndərib. Reyhan hazırda orada müalicə alır.     
 


Rəşad Əliyev, Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO