Nizami Rəmzinin qızı: “Atamın övladı olduğunu deyən qadından DNT testi tələb edirəm” – VİDEO 

Nizami Rəmzinin qızı: “Atamın övladı olduğunu deyən qadından DNT testi tələb edirəm” – VİDEO 

Hazırda oxunan: Nizami Rəmzinin qızı: “Atamın övladı olduğunu deyən qadından DNT testi tələb edirəm” – VİDEO 

185833

Mərhum meyxana ustadı Nizami Rəmzinin qızı Heyran “Elgizlə izlə” ictimai-sosial verilişinin efirinə çıxaraq özünü onun atasının qızı olduğunu iddia edən Reyhanla bağlı qalmaqallı açıqlama verib. 

Bizim.Media xəbər verir ki, Heyran bildirib ki, atasının Reyhan adında bir qızı olmayıb. 

Bu səbəbdən isə o qarşı tərəfin DNT testdən keçməsini tələb edib: 

“Mən Nizami Rəmzinin vağzalı sədaları və ellər görmüş toyu ilə dünyaya gələn övladıyam. Gəlsinlər, məndən DNT testi götürsünlər. Özünü atamın qızı olduğunu iddia edən xanımdan da həmin testi götürsünlər. Mən bunu tələb edirəm. Mən özümə bu mövzuda güvənirəm. O da əgər güvənirsə DNT testindən keçsin. 

Bu mövzu artıq məni boğaza yığıb. Kim nə edir, nə etmir, gəlirlər mənə “bacına get yiyə dur” kimi sözlər deyərək, məni təhqir edirlər. Mən dünyaya gələndə mənimlə müqavilə bağlamışdılar? Mən kimlərinsə atası, anasıyam? Bəs mənimlə kim maraqlanacaq? Mənim o xanımla aramda 4-5 yaş fərq var. Mən bir ara yox idim, dedilər ki, “ölmüşəm”. Söyləyirəm onlara ki, “Kraliça geri döndü”. 

İndi mən onlara meydan oxuyum, onlar da baxsınlar. Onlar bu kimi məsələlərlə Nizami Rəmzinin adını batıra bilməzlər. Gündə biri çıxıb deyir ki, mən Nizami Rəmzinin qızıyam. Məşhur olanda belə olur da... Məndə sabah çıxım deyim ki, Maykl Ceksonun qızıyam”.  

Heyran proqramın gedişatında bildirib ki, Reyhana dəfələrlə maddi dəstək olub: 

“Mən milyonçu deyiləm. Əlimdən gələn köməyi ona etmişəm. Nizami Rəmzinin qızı olduğuna görə və mən də, bibim oğlu da ona yardımlar etmişik. Ehtiyacı olduğuna görə, o dəfələrlə qapımıza gəlib. Sonra o çıxıb müsahibə verdi ki, mənim heç kimim yoxdur. Nizami Rəmzidən sonra da mənim heç kimim yoxdur. Əgər məni “heç kim” sayırsa, fikirləşdim ki, bəlkə də o doğurdan da “heç kimdir”... 

Mən niyə bu qadını atam Nizami Rəmzinin qızı kimi qəbul etməliyəm? Getsin DNT analizi versin. Nizaminin qızı belə söz deyə bilməz. Mən Nizaminin qızıyam, bacılarımı da, nəslimi də tanıyıram. Necə axı biz sənı yardım etməmişik? Müsahibə zamanı sevgilin haqqında danışıb, ağlayırsan və deyirsən ki, mənə kömək edən o və onun anası olub. Hansı ki, elə söhbət yoxdur. Onu bu vəziyyətə salan elə dediyi sevgilisi olub. 

Onun sözlərindən belə çıxdı ki, sevgilisi oldu “krallar kralı” biz isə olduq “pislərin pisi”. Ona görə də, getsin, DNT testi versin. O mənim bacım ola bilməz”. 

Qeyd edək ki, özünü Nizami Rəmzinin qızı kimi təqdim edən Reyhan narkotik asılılığından əziyyət çəkməsi və səfil həyatı yaşaması ilə bağlı bloger Nail Kərimli sosial şəbəkə hesabında məlumat paylaşıb. Bundan sonra o Reyhanı onun istəyi ilə reabilitasiya mərkəzlərinin birinə müalicəyə göndərib. Reyhan hazırda orada müalicə alır.  
 

Rəşad Əliyev, Bizim.Media
 
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO