Aysundan anası Rəqsanə İsmayılovanın Rusiyada saxlanılması xəbərinə REAKSİYA 

Aysundan anası Rəqsanə İsmayılovanın Rusiyada saxlanılması xəbərinə REAKSİYA 

Hazırda oxunan: Aysundan anası Rəqsanə İsmayılovanın Rusiyada saxlanılması xəbərinə REAKSİYA 

185661

Xəbər verdiyimiz kimi, müğənni Rəqsanə İsmayılova Moskvada qanunsuz miqrasiyanın təşkilinə görə cinayət işi üzrə saxlanılıb. 

Məsələ ilə bağlı Bizim.Media-nın əməkdaşı Rəqsanənin qızı ifaçı Aysun İsmayılova əlaqə saxlayıb. 

Özünü Aysunun köməkçisi kimi təqdim edən xanım qısa olaraq bildirib ki, Aysun anasının saxlanılması xəbəri ilə bağlı məlumatsızdır və bu mövzu barədə heç bir açıqlama vermək istəmir. 

Qeyd edək ki, Rusiya teleqram kanallarında yayılmış məlumata görə, R.İsmayılova Rusiya Federasiyası Cinayət Məcəlləsinin “Rüşvət vermə” və “Sənəd saxtakarlığı” maddələri ilə ittiham olunur. 

Rəşad Əliyev, Bizim.Media
 

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO