Nahidə Orucova üzünü görmədiyi qardaşı oğlundan DANIŞDI: “Anası onu bizdən uzaqlaşdırdı” - VİDEO

Nahidə Orucova üzünü görmədiyi qardaşı oğlundan DANIŞDI: “Anası onu bizdən uzaqlaşdırdı” - VİDEO

Hazırda oxunan: Nahidə Orucova üzünü görmədiyi qardaşı oğlundan DANIŞDI: “Anası onu bizdən uzaqlaşdırdı” - VİDEO

184517

“Bir zamanlar axtardığım qardaşım oğlunu tapa bilmədim. Yəqin ki, elə məsləhət imiş. Onun tapılması ilə bağlı çox yerlərə müraciət etdim. Çox axtardım, çox istədim ki, onu tapım, amma alınmadı. Qardaşım oğlu doğulandan istədik ki, onun yanında olaq, lakin qarşı tərəf bunu istəmədi”. 

Bizim.Media xəbər verir ki, bu sözləri Əməkdar artist Nahidə Orucova qonaq olduğu “Xəzər axşamı” verilişində deyib. 
 
Sənətçi 27 ildir ki, qardaşı oğlunu axtarsa da, bu axtarışların heç bir nəticə vermədiyini söyləyib: 

“Dedilər ki, qardaşım oğlu Azərbaycanda deyil. O, Rusiyada təhsil alır. 1997-ci il təvəllüdlüdür,27 yaşı var. Onu çox istərdim tapım, qardaşımın yadigarıdır. Atam Malik bəyin həm adını, həm də soyadını daşıyır. Malik Orucov... Bu 27 il ərzində, nəinki fotosunu görmək belə olmadı. Bəlkə ona kömək və arxa-dayaq lazımdır. O zamanlar indiki kimi tanınmırdım, teatrlarda “durğunluq” dövrü idi. Aktyorlar az-az tanınırdı. Amma indi hər yerdə tanış və hörmət var. Çox istərdim ki, ona dayaq və hansısa bir işində kömək olum”. 

Nahidə vurğulayıb ki, qardaşı oğlunu onların ailəsindən anası ayırıb:  

“Mən qardaşım oğlunu görəndə heç onun bir yaşı yox idi. Malikin bir yaşı olanda onu anası bizdən uzaqlaşdırdı. Anasının onu bizdən uzaqlaşdırması uşaq üçün çox böyük travmadır. Bizim də həyatımızda çox şeylər yaşanıb. Ayrılmışıq da, ailə də qurmuşuq. Amma uşağı heç zaman uzaqlaşdırmamışıq. Anası onu nəinki bizdən, atasından da uzaqlaşdırdı”. 
 

Rəşad Əliyev, Bizim.Media
 
Etiketlər:
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO