Zaur Baxşəliyev aparıcısı olduğu "Bizimləsən" ictimai-sosial verilişi ilə bağlı açıqlama verib.
Bizim.Media xəbər verir ki, Zaur canlı efirdə bildirib ki, sabahdan etibarən verilişin vaxtı 1saat 30 dəqiqə qısaldılacaq:
"Dəfələrlə rəhbərliklə bu barədə söhbətimiz də olub ki, vaxtın qısalmasını istəyirəm. Çünki özümə və övladlarıma da vaxt ayırmaq istəyirəm. Sabahdan etibarən 16:30-da görüşünüzə gələcəyəm. Saat 19:00-a qədər mənə bəs edəcək. Rəhbərliyə təşəkkür edirəm ki, bu xahişimi yerinə yetirdilər".
Qeyd edək ki, sözügedən proqram həftə içi hər gün saat 15:00-da "ATV"-də yayımlanırdı.
Rəşad Əliyev, Bizim.Media