Müğənni Xatirə İslam ailəsi ilə birlikdə Birləşmiş Ərəb Əmirliyinə tətilə yollanıb.
Bizim.Media xəbər verir ki, Əbu-Dabi şəhərinə həyat yoldaşı Fəxrəddin Musazadə və oğlu Emillə səfər edən sənətçi istirahət zamanı çəkdirdiyi fotolarını və videolarını sosial şəbəkə hesabında izləyiciləri ilə bölüşüb.
Xatirə təyyarə fobiyası olduğunu dilə gətirib:
"İlk dəfədir Əbu-Dabidəyəm. Səhərə qədər gözümü yummamışam. Mənim təyyarə fobiyam var idi. Bu axşam daha çox oldu. Yaxşı gəldik çatdıq".
Müğənni səfər zamanı çamadanının təyyarədə sındırıldığını bildirib.
Rəşad Əliyev, Bizim.Media