Leyla Bədirbəylinin ABŞ-da yaşayan nəvəsi Mehin: “Nişanlımdan kimin nəvəsi olduğumu gizlətmişdim” - VİDEO

Leyla Bədirbəylinin ABŞ-da yaşayan nəvəsi Mehin: “Nişanlımdan kimin nəvəsi olduğumu gizlətmişdim” - VİDEO

Hazırda oxunan: Leyla Bədirbəylinin ABŞ-da yaşayan nəvəsi Mehin: “Nişanlımdan kimin nəvəsi olduğumu gizlətmişdim” - VİDEO

183563

“Biz Amerikaya “Green card” (ABŞ-də bir kəsə daimi yaşamağa və işləməyə icazə verən sənəd) vasitəsi ilə gəldik. Bura gəlməyimiz mənə pis təsir etdi. Çünki mən anama və şəhərim Bakıya çox bağlı bir insanam. Birdən elə bir mühütə düşdüm ki, nəinki azərbaycanlı, heç rus dilində belə danışan yox idi. Mən hər zaman bunu deyirəm ki, biz burada özgəyik”. 

Bizim.Media xəbər verir ki, bu sözləri Azərbaycanın Xalq artisti, görkəmli aktrisası Leyla Bədirbəylinin ABŞ-ın Hyuston şəhərində yaşayan nəvəsi Mehin Cavanşir “Vətən uzaq deyil” verilişinə müsahibəsində deyib. 

Sənətkarın nəvəsi nənəsi ilə bağlı xatirələrini dilə gətirib. Mehin bildirib ki, nənəsi işinin çoxluğuna rəğmən hər zaman ona vaxt ayırıb və qayğısını əsirgəməyib:  

“Biz nənəmiz Leyla Bədirbəyliyə nənə deyərək müraciət etmirdik. Leyla xanıma “mama Lelyə” deyirdik. O çox erkən yaşlarda ailə həyatı qurmuşdu. Biz onu görəndə o hər zaman cavan və təravətli idi. Özüdə deyirdi ki, əgər mənə “nənə” deyə bilmirsinizsə “mama Lelyə” deyin. 
O nənə kimi bizim nazımızı çox çəkirdi. Onun çox gözəl paltar tikmək və toxumaq kimi qabiliyyətləri vardı. Yadımdadır ki, o zəng vurub söyləyirdi ki, bazar günü gedirik Lalə xanımgilə. Lalə mənim bibim idi. Sizin üçün orada “sarafan” tikəcəyəm. Hərdən bir fikirləşirəm ki, o necə bu qədər işin içində bizə zaman ayırmağa vaxt tapırdı. O özü çox evdar qadın idi. Nənəmin əlindən hər iş gəlirdi”. 

M. Cavanşir nənəsinin kim olduğunu ərə gedənə qədər gizli saxladığını vurğulayıb: 

“Leyla nənəmin ən böyük həyat dərsi, məsləhəti: “Heç zaman öyünməyin, lovğalanmayın, heç yerdə də söyləməyin ki, siz kimin nəvəsisiniz”. Hətta mənim evimə elçi gələndə, həyat yoldaşım kimin nəvəsi olduğumu bilmirdi. Evimizə gələndə onlar divarda asılar şəkilləri görmüşdülər. Sual verdilər ki, Leyla xanım Bədirbəyli sizin qohumunuzdur? Söylədilər ki, Mehinin nənəsidir. Onlar isə cavab olaraq söylədilər ki, bu necə ola bilər, o heç nişanlısına bunu deməyib. “Demə kimin nəvəsisən, onda biləcəksən ki, səni sənə görə, nənənə görə seçməyiblər”. Bu da çox gözəl metoddur”. 

Mehin bildirib ki, uşaq yaşlarında nənəsinin yolunu davam etdirməyi istəsə də, atası buna icazə verməyib: 

“Mən öz qızıma nənəm Leyla xanımın adını vermişəm. Bibimin qızının da adı Leyladır. Bizim nəslimizdə iki Leyla var. Kiçik yaşlarında məktəbdə oxuyanda məni “kinoprobaya” dəvət edirdilər. Atam sonuncu anda fikrini dəyişib deyirdi ki, “Getdik evə qızım”. Soruşanda ki, “Mən “kinoprobaya” gedəcəyəm?” - Cavab verirdi ki, “Xeyr! Lazım deyil”. Mən isə çox sözə qulaq asan idim. Atam deyirdi ki, sən gözəl yazıçı, şair ola bilərsən. Amma aktrisa kimi nənən Leyla Bədirbəylini əvəz edə bilməzsən. Məndə aktrisa, müğənni və ya aparıcı olmadığıma görə təəssüf hissi yoxdur”. 

Qeyd edək ki, Leyla Bədirbəyli uzun  illər boyunca  Azərbaycan Akademik Dövlət Dram Teatrında fəaliyyət göstərib. Leyla Bədirbəyli 1936-cı ildə 16 yaşı olarkən Fərəc Cavanşirovla ailə qurub. Onıarın 1937-ci ildə Cavanşir adlı oğulları dünyaya gəlib. Cavanşir Cavanşirov həyat yoldaşı Elmira Cavanşirova ilə Leylanın uşaqlıqda yaşadığı, Fəvvarələr Meydanında yerləşən evdə, 2017-ci ildə vəfat edənə qədər yaşayırdı,amma Leyla ilə Fərəcin birgə ailə həyatları uzun sürmür və 4 ildən sonra onlar boşanırlar. 

1942-ci ildə isə Leyla Kamil Aslanova ərə gedir. 1947-ci ildə onların ilk qız övladı — Lalə dünyaya gəlir. 1964-cü ildə isə ikinci qızları — Bikə doğulur. 

Kamil Aslanov Ukraynada yol qəzasında vəfat edir. Bu hadisənin üzərindən bir il keçməmiş böyük qızları Laləni Kukla Teatrının qarşısında maşın vurur. Bu iki itki Leyla Bədirbəyliyə çox pis təsir edir. Leyla Bədirbəyli 1999-cu il noyabrın 23-də vəfat edir. Leyla Bədirbəyli Bakıdakı Fəxri Xiyabanda dəfn olunub.

 


Rəşad Əliyev, Bizim.Media
 
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO