Pərviz Bülbülənin qızı: “Atama hər axşam zəng edib soruşuram ki, sabah evdə olacaqsan?” - VİDEO

Pərviz Bülbülənin qızı: “Atama hər axşam zəng edib soruşuram ki, sabah evdə olacaqsan?” - VİDEO

Hazırda oxunan: Pərviz Bülbülənin qızı: “Atama hər axşam zəng edib soruşuram ki, sabah evdə olacaqsan?” - VİDEO

183451

“İncə səhər” verilişi meyxanaçı Pərviz Bülbülənin yaşadığı Bülbülə kəndindəki evində qonaq olub. 

Bizim.Media xəbər verir ki, bayram buraxılışında söz xiridarının övladları atası ilə bağlı maraqlı fikirlər səsləndiriblər. 

İlk dəfədir efirə çıxan Pərvizin qızı bildirib ki, hər gün ondan evə gəlib – gəlməyəcəyini sorğu-sual edir: 

“İstəyirəm ki, atam evə gələndə mənim üçün oyuncaq alsın. Amma oyuncağı hərdən alır. Almayanda ağlayıb, hirslənirəm. Atamın meyxanalarını bilmirəm. Ən çox getmək istədiyim yer Türkiyədir. Amma məni ora aparmır. Atama hər gün axşam zəng vurub deyirəm ki, sabah evdə olacaqsan?”, - deyə Əsma vurğulayıb.  

Meyxanaçının oğlu İsmayıl isə gələcəkdə rejissor olmaq istədiyini söyləyib: 

“Böyüyəndə rejissor olmaq istəyirəm. Atamın kliplərini və onu haqqında filmlər çəkmək fikrindəyəm”. 

Pərviz övladlarının etiraflarla dolu müsahibəsini belə şərh edib: 

“Əsma ilə İsmayılın meyxanadan xoşu gəlmir. Onlar hələ uşaqdırlar və dərk etmirlər ki, meyxananın hesabına böyüyürlər. Eybi yox... (gülür)”.
 

Rəşad Əliyev, Bizim.Media
 
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO