Könül Kərimova:

Könül Kərimova: "Xırda məsələyə görə, o, məndən üz çevirdi" - VİDEO

Hazırda oxunan: Könül Kərimova: "Xırda məsələyə görə, o, məndən üz çevirdi" - VİDEO

183020

"Mənə əziz olan insanlar, dostlarım çoxdur. Amma hər şeyi hər kəslə bölüşmək çox çətindir. Olmur... Sənətdə dostum olub. Amma elə bir zəmanəyə gəlib çatmışıq ki, bir-birimizdən çox uzaqlaşmışıq. Sağa-sola baxırsan, sanki təksən...".

Bizim.Media xəbər verir ki, bu sözləri Əməkdar artist Könül Kərimova qonaq olduğu "7 tamam" verilişində deyib.

Sənətçi əsl dosta ehtiyacı olduğunu dilə gətirib:

"Bəzən olub ki, qəlbimdə zənn etmişəm ki, bu, mənim dostumdur. Elə bir xırda məsələyə görə məndən üz çevirib ki, o zaman anlamışam ki, dost başqa bir anlamdır. Duet ortağım Cabbar Musayevlə 24 ildən artıqdır ki, dostuq. Bəyəm bizim aramızda mübahisələr, incikliklər olmayıb? Amma əsl dost odur ki, bir-birini anlayıb, hər xırda şeylərə görə üz çevirmək olmaz. Əslində çox ehtiyacım var əsl dostluğa... Ürəyim dolanda, qəlbim üşüyəndə o insanı axtarıram. Kaş ki, üzbəüz əyləşib onunla dərdləşə, həmsöhbət ola bilərdim. Heyif ki, belə insanların sayı çox azalıb".
 

Rəşad Əliyev, Bizim.Media
 
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO