Nüsrət Kəsəmənlinin xanımı: “Ölümündən iki gün sonra onu tabutda görəndə şoka düşdüm“ – VİDEO 

Nüsrət Kəsəmənlinin xanımı: “Ölümündən iki gün sonra onu tabutda görəndə şoka düşdüm“ – VİDEO 

Hazırda oxunan: Nüsrət Kəsəmənlinin xanımı: “Ölümündən iki gün sonra onu tabutda görəndə şoka düşdüm“ – VİDEO 

182352

“Həyat yoldaşım Nüsrət Kəsəmənli ilə yaşadığımız ailədə 30 il müddətində aramızda söz-söhbət olmayıb. Amma Nüsrətdən incikliyim çox olub. Özüm-özümlə danışmışam. İçimdə ikinci Nüsrət tapmışam və sözlərimi ona söyləmişəm”. 

Bizim.Media xəbər verir ki, bu sözləri mərhum şair Nüsrət Kəsəmənlinin həyat yoldaşı Rahilə xanım aparıcı Ülvira Qarayevanın "Youtube"da yayımlanan “AStar” layihəsinə müsahibəsində deyib. 

Sənətkarın xanımı bildirib ki, Kəsəmənli dəfələrlə evə gec saatlarında gəlsə də, zarafat edərək bütün incikliyi ona unutdurub: 

“Həyat yoldaşım Nüsrət evə gələndə onun ayaq səslərindən artıq bilirdim ki, bu, Nüsrətdir. Qapını açanda ona qarşı biraz yumşalırdım. Bilirdi ki, evə gec gəlib və buna görə mən əsəbiləşə bilərəm... Mənimlə elə zarafat edib danışırdı ki, sanki ona qarşı heç incikliyim olmayıb. O hər zaman çalışıb ki, evdə qan-qaraçılıq olmasın. Qapını döyəndə sanki barmaqları ilə musiqi çalırdı. Qapını açan kimi də onun arxasında gizlənib, gülürdü. Başlayırdı zarafata və deyirdi ki, “Mən sənin yerinə olsam, qapını açmaram. Axı nə qədər evə gec gəlmək olar? Bir gün deyil, beş gün deyil. Vallah, sən yaxşı insansan”. Mənimlə Nüsrət elə danışıb, zarafat edirdi ki, insanı ələ almağı bacarırdı”. 

Rəhilə xanım şair həyat yoldaşının vəfat etməsini iki gün sonra bildiyini dilə gətirib: 

“Təsəvvür edin, ayın 15-də rəhmətə getmişdi. Onun vəfat ediyini iki gün sonra bildim. Hətta mən səfirliyə də zəng etdim, dedim ki, iki gündür məni Nüsrətlə görüşməyə qoymurlar. Cavab verdilər ki, narahat olmayın. Biz sizi Azərbaycana yola salacağıq. Mən onu birdən-birə tabutda görəndə şoka düşdüm. Məndə qıcolma vəziyyəti yarandı”. 

Qeyd edək ki, Nüsrət Kəsəmənli 2003-cü ildə Təbrizdə dünyasını dəyişib. 
 

Rəşad Əliyev, Bizim.Media
 
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO