Sevda Ələkbərzadə: “8 Martda qadınları həmcinsləri yox, kişilər təbrik etməlidir” – VİDEO 

Sevda Ələkbərzadə: “8 Martda qadınları həmcinsləri yox, kişilər təbrik etməlidir” – VİDEO 

Hazırda oxunan: Sevda Ələkbərzadə: “8 Martda qadınları həmcinsləri yox, kişilər təbrik etməlidir” – VİDEO 

181706

“Mən 8 Mart - Beynəlxalq Qadınlar Günündə təbrik gözləmirəm. Amma bu təbrikləri alıram və bu məni sevindirir. Deyim ki, kimdənsə təbrik gözləyirəm, belə bir şey yoxdur. Ola bilər ki, bu kimi məqamlar uşaqlıqda olub”. 

Bizim.Media xəbər verir ki, bu sözləri Əməkdar artist Sevda Ələkbərzadə qonaq olduğu “Dikdaban” verilişində deyib. 

Sənətçi bildirib ki, “8 Mart - Beynəlxalq Qadınlar Günü”də qadınlar təbriki həmcinslərindən yox, kişilərdən almalıdır:  

“Düşünürəm ki, 8 Mart qadınların bayramıdır. Bu gün isə qadınlar qadınları təbrik etməməlidir. Kişilər qadınları təbrik etməlidir. Amma son zamanlar görürəm ki, nədənsə qadınlar qadınları təbrik edirlər. Təbriki kişilər etməlidir. Bütün bayramları sevirəm. Kaş bayramlar çox olsun. 8 Martda uşaqlar öz analarını təbrik edir. Bu bayramda əsasən rəfiqələr bir-birini zəng edib, təbrik edir. Deyirsən ki, ay bacı sən axı məni niyə təbrik edirsən (gülür)”. 
 


Rəşad Əliyev, Bizim.Media

Etiketlər:
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO