Müğənni Elnur Məmmədov həmkarlarını və aparıcıları tənqid edib.
Bizim.Media xəbər verir ki, sənətçi bu haqda qonaq olduğu “İncə səhər” verilişində danışıb.
“Elə aparıcılar və müğənnilər var ki, 50 ildir səhnədə çıxış edirlər. Onlara baxıb deyirəm ki, bunlar Azərbaycan incəsənətinə nə veriblər? Bu aparıcı kimdir? Nə olsun ki, illərlə səhnədədirlər, amma bir işə yaramırlar. Həqiqətən də belədir... Yaxşı ki, onlar var. Beləcə peşəkarlar onlardan seçilir”.
Rəşad Əliyev, Bizim.Media