Əməkdar artist Mətanət İsgəndərli yenidən ailə qurmaq istəyindən söz açıb.
Bizim.Media xəbər verir ki, bu haqda sənətçi qonaq olduğu “Rəngarəng səhər” verilişində danışıb.
Proqramın aparıcısının “Əgər sizə evlilik təklifi gəlsə...” sözlərinə Mətanət “Evlilik təklifi gəlsə... Belə bir fikrim yoxdur. Amma düşünə bilərəm” cavabını verib.
Qeyd edək ki, M.İsgəndərli bir neçə gün əvvəl qonaq olduğu “Həmin Zaur” verilişində “İstəyirəm ağ atlı oğlan gəlsin, məni aparsın” fikirlərini ifadə edərək diqqətləri üzərinə cəmləyib.
Rəşad Əliyev, Bizim.Media