Namiq Qaraçuxurlu: “Özümü bahalı və ulduz həyatına öyrəşdirmirəm” – VİDEO 

Namiq Qaraçuxurlu: “Özümü bahalı və ulduz həyatına öyrəşdirmirəm” – VİDEO 

Hazırda oxunan: Namiq Qaraçuxurlu: “Özümü bahalı və ulduz həyatına öyrəşdirmirəm” – VİDEO 

180991

“Müğənnilikdən savayı şəxsi biznesim yoxdur. Amma bu haqda düşünürəm. Əgər bu haqda tam qərara gəlsəm, açıqlayacağam”. 

Bizim.Media xəbər verir ki, bu haqda meyxanaçı Namiq Qaraçuxurlu “Maqazin plyus” verişinə müsahibəsində deyib. 

Sənətçi bildirib ki, o ulduz həyatı yaşamır: 

“Mən tam olaraq “ulduz həyatı” yaşamıram və çalışıram ki, özümü bu həyata öyrəşdirməyim. Heç bunu istəmirəm də. Mənə olmaz... Çünki çalışıram elə yaşayım ki, sabah bu şan-şöhrət, madiyyat və bu şərait olmayanda mənə pis təsir etməsin. Bəzi məqamlar var ki, orada qoyduğum qaydalardan çıxmıram.

Misal üçün, öz dostumun məclisində necə ulduzluq edə bilərəm ki? Elə bir şey ola bilməz. Gördüyünüz kimi dostumun məclisinə tək gəlib, tək də gedirəm. 10 nəfər yanımda gətirim kimi şeylər ola bilməz. İşlə bağlı harasa xidmət göstərməyə getsəm, o zaman orada artıq sənətçi düşüncələri daha irəli gələcək”. 

Sənətçi şəxsi qarajını bəzəyən lüks “Bentley” markalı avtomobilindən də söz açıb: 

“Bahalı avtomobilin olmasını ulduz həyatı ilə əlaqələndirmirəm. Bizim o qədər bahalı maşın sürən sənətçilərimiz var ki, onlarda ulduzluqdan əsər-əlamət yoxdur. Və ya bizim lüks avtomobil idarə edən biznesmenlərimiz var ki, onlar ulduz deyillər. Bu, Allahın verdiyi bir fürsətdir, dəyərləndiririk.

Mənim üçün bu cür məqamlar heç zaman vacib olmayıb. Ürəyim istəyib, bahalı maşın alıb, sürürəm. Mən ona da özümü öyrəşdirmirəm. Dostumun məclisinə adi bir avtomobillə gəlmişəm. Özümü bahalı və ulduz həyatına öyrəşdirmirəm. Hərdən dadıram. O da ki, daimi deyil. Mənim üçün avtomobil ulduzluq yox, rahatlıq və komfortdur. “Bentley ” avtomobilimi də ara-sıra sürürəm”. 
Qaraçuxurlu hər zaman sadəliyini qoruduğunu söyləyib: 

“45 yaşım var və 20 ildir ki, bu sənətdəyəm. Millət məni yaxşı tanıyır və bilir ki, hansı maşın sürsəm və nə geyinsəm, mən hər zaman sadəyəm və özümü də sadə aparıram. Mən milləti hansısa bər-bəzəklə çaşdıra bilmərəm. Bu, mümkün deyil”. 

Söz xiridarı sənətdən gedəcəyi haqda da düşündüyünü vurğulayıb: 

“Hərdən ağlıma gəlir ki, 5 və ya 10 ildən sonra bu sənətdən gedim. Bu kimi şeylər ağlıma gəlib-gedir. Amma indidən bunu açıqlaya bilmərəm. Gərək, bunu bir il öncədən deyim və buna hazır olum. Bu isə mənim üçün çox böyük məsuliyyətdir. Amma hələ ki elə bir fikrim yoxdur”. 
 


Rəşad Əliyev, Bizim.Media

Etiketlər:
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO