Hüseyn Həsənovun Amerika arzusu ÜRƏYİNDƏ QALDI - FOTO

Hüseyn Həsənovun Amerika arzusu ÜRƏYİNDƏ QALDI - FOTO

Hazırda oxunan: Hüseyn Həsənovun Amerika arzusu ÜRƏYİNDƏ QALDI - FOTO

180539

Rusiya və MDB ölkələrində məşhurlaşan azərbaycanlı video bloger və iş adamı Hüseyn Həsənovun başına iş gəlib.

Bizim.Media xəbər verir ki, Amerika vizası almaq üçün uzun məsafə qət edən Hüseyn Serbiyanın paytaxtı Belqrad şəhərinə gəlib.

Bu haqda Həsənov sosial şəbəkə hesabında məlumat paylaşıb.

"Bu gün Amerika vizasını almaq üçün Belqrad şəhərində yeləşən ABŞ səfirliyinə getdim. Amerikada çəkilişlərim planlanıb. Həmçinin orada keçirilən festivala qatılmaq istəyirəm. Viza verilməsi üçün çox sayda sənəd toplamışam. Hətta öz "Instagram" səhifəmin surətini belə çıxartmışam", - deyə Hüseyn vurğulayıb.
Bu paylaşımdan 10 dəqiqə sonra Həsənov bildirib ki, həm ona, həmçinin onunla birgə viza üçün müraciət edən əməkdaşlarına səfirlik rədd cavabını verib: "Rədd cavabını aldım. Bütün qrupumuz da... Buna görə də, heç kimə məsləhət görmürəm ABŞ-a viza almaq üçün Belqrad şəhərinə gəlməyi".





Rəşad Əliyev, Bizim.Media
 

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO