Natiq Şirinov və Alim Qasımovun fantastik TOY QİYMƏTLƏRİ – FOTO 

Natiq Şirinov və Alim Qasımovun fantastik TOY QİYMƏTLƏRİ – FOTO 

Hazırda oxunan: Natiq Şirinov və Alim Qasımovun fantastik TOY QİYMƏTLƏRİ – FOTO 

180484

Xalq artisti Natiq Şirinov rəhbərlik etdiyi “Natiq” ritm qrupunun toy qiymətlərini açıqlayıb. 

Bizim.Media xəbər verir ki, bu haqda sənətçi sosial şəbəkə hesabında paylaşım edib. 

Nağara ustası quda olduğu Xalq artisti Alim Qasımovla bərabər el şənliklərinə getdiyini bildirib.

Şirinovun çıxışı üçün fantastik qonorar tələb etməsi diqqətdən qaçmayıb. 
Belə ki, qonorar 1500 manatla 45 min manat arasında dəyişir. N.Şirinov toyda açılış və aş gətirmə mərasimi üçün 15 nəfərlik musiqiçinin iştirakı ilə 10 min manat tələb edir. Gəlin götürdü, açılış, aşgətirdi və yallı üçün musiqiçiyə 25 min manat, qavaldaşı üçün isə 17 min manat qonorar ödəməlisiniz.

Toyda Alim Qasımovun yer aldığə təqdirdə bu qiymət 30 min manata qədər yüksəlir. Qrupun “Premium paket” adlandırdığı xidmət nə az, nə çox, düz 45 min manat təşkil edir. Sözügedən xidmətə isə gəlingötürdü, N.Şirinov və A.Qasımovun iştirakı ilə açılış mərasimi, aşgətirdi və yallı daxildir. 



Rəşad Əliyev, Bizim.Media
 

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO