Naomi Kempbell  ərəb multimillionçu ilə EŞQ YAŞAYIR? - FOTO

Naomi Kempbell  ərəb multimillionçu ilə EŞQ YAŞAYIR? - FOTO

Hazırda oxunan: Naomi Kempbell  ərəb multimillionçu ilə EŞQ YAŞAYIR? - FOTO

180419

“Qara pantera” ləqəbi ilə məşhurlaşan dünya şöhrətli supermodel Naomi Kempbell Səudiyyə Ərəbistanından olan kinoprodüser və multimilyonçu Məhəmməd Əl Turki ilə eşq yaşadığı iddia olunub. 

Bizim.Media “The Sun” nəşrinə istinadən xəbər verir ki, “BAFTA” mükafat mərasimində 53 yaşlı supermodel və 37 yaşlı prodüserlə birlikdə fotolar çəkdirib və daha sonra birlikdə görüntüləniblər.  

İkili ilk dəfə 2021-ci ildə bir tədbirdə birlikdə görünüblər və o vaxtdan bəri dəfələrlə birlikdə paparasilərin obyektivinə tuş gəliblər. O cümlədən keçən il Kann Film Festivalında və 2022 və 2023-cü illərdə Paris Moda Həftəsində, həmçinin bir neçə özəl partiyada iştirak ediblər.

İnsayderlərin sözlərinə görə Naomi və Məhəmməd son vaxtlar daha da yaxınlaşıblar və aralarında “qığılcım” yaranıb: 

“Naomi kiminlə vaxt keçirməsi ilə bağlı çox seçicidir və o, Məhəmmədlə yaxınlaşıb. Onların moda və sənət sevgisi və çoxlu ortaq dostları var. Naomi Dubayda onunla idi və o, həmişəkindən daha xoşbəxt görünürdü”. 

Qeyd edək ki, bir həftə əvvəl mediada Naominin şəxsi həyatını yenidən müzakirə olunub. Belə ki,  “qara pantera” son illərdə barmağında brilyant üzüklə görünüb. Naomi Kempbell 1993-cü ildə “U2” qrupunun basçısı Adam Kleytonla, sonra isə italyan iş adamı Flavio Briatore ilə nişanlanıb və 2002-ci ildə cütlük ayrılıb. Onun Robert De Niro, Cerard Batler, Terrens Hovard, Mayk Tayson və rusiyalı milyarder Vladislav Doronin kimi kişilərlə də münasibəti olub. Naomi Kempbell şəxsi həyatını ciddi şəkildə gizli saxlayır. Onun 2021-ci il təvəllüdlü bir qızı da var. Lakin uşağın atası məlum deyil. Keçən yay isə supermodel ikinci dəfə ana olub. Onun surroqat anadan oğlu dünyaya gəlib. Uşağın atası haqqında da heç nə məlum deyil. 





Rəşad Əliyev, Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO