Türkan Vəlizadə: “Xanımlığına hörmət et, özünü yığışdır” – VİDEO 

Türkan Vəlizadə: “Xanımlığına hörmət et, özünü yığışdır” – VİDEO 

Hazırda oxunan: Türkan Vəlizadə: “Xanımlığına hörmət et, özünü yığışdır” – VİDEO 

180390

“Bax, sənə buradan deyirəm, sən kimsən? İnsan insan olmalıdır. Mən tərbiyəliyəm deyib, yekə-yekə məqalələr yazırsınız... Özünüzü yığışdırın!” 

Bizim.Media xəbər verir ki, bu sözləri müğənni Türkan Vəlizadə qonaq olduğu “Xəbərin var?” maqazin verilişində deyib. 

Sənətçi ad çəkmədən onun haqda sosial şəbəkədə xoşagəlməz statuslar və postlar paylaşan həmcinsinə sərt şəkildə xəbərdarlıq ünvanlayıb: 

“Tərbiyəli xanım, tərbiyəli qadın özünə tərbiyəli deyirsə və o tərbiyənin sonunda saytlara, “Instagram” sosial şəbəkə səhifəsində yazdığı məqalələrdə xoşagəlməz sözlər işlədirsə... İnsanlar girib oxuyub görürlər ki, bu xanımdan iyrənclik yaranır. Onlar “bu xanım belə sözlər istifadə edə bilər” deyirlər. Amma bu gün tərbiyədən danışırlar. Kimliyindən aslı olmayaraq heç kimin şəxsiyyətinə toxunmaq olmaz. Əgər kimsə mənim şəxsiyyətimə toxunacaq nələrsə danışsa, susmayacağam. Bu, bir xəbərdarlıqdır. Mənim üçün onun kimliyinin fərqi də yoxdur. İnsan insan olmalıdır. Xanımlığınıza hörmət edin. Sakitcə öz yerinizdə qalın. Dünənə kimi dedim ki, hörmət edirəm.

O qadının yazdığı məqaləsini mənə göndərdilər. Oxudum... Mən oxuyub dedim ki, bu nə mundarlıqdır. Əlbəttə mənə yazıb. Bir neçə gün əvvəl mən stilist Anar Ağakişiyevə müsahibə verdim. Ondan çıxarışlar edib, haqqımda xoşagəlməz sözlər yazıb. Bu xanım dincəlmir. Özünə gəl! Şəxsiyyətə toxunan bir şey olsa... İndiyə kimi şəxsiyyətimi və şəxsi həyatımı qoruyan insan olmuşam. Mən şəxsi həyatla gündəmə gələn insan olmamışam. Ona görə xahiş edirəm, sərhədinizi saxlayın”. 
 


Rəşad Əliyev, Bizim.Media
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO