Meyxanaçı Ağamirzə Məmmədovla aktyor və parodiyaçı Fəqan Məmmədov arasında efirdə qalmaqal yaşanıb.
Bizim.Media xəbər verir ki, hadisə tərəflərin qonaq olduğu “Rəngarəng səhər” verilişində yaşanıb.
Belə ki, proqramda Fəqanın mahnı oxuduqdan sonra anidən meyxana deyib daha sonra mikrofonu Ağamirzəyə uzatması söz xiridarını əsəbiləşdirib. Məmmədov əl jesti ilə musiqini saxlayaraq, Fəqanın bu hərəkətinə acıqlanıb:
“Sən belə etmə... Sən qafiyə tutursan? Biz haradan deyək? Biz filan qafiyəni deyəcəkdik. Sən niyə müdaxilə edirsən? Nə isə... Əgər bədahətən duet oxumaq istəyirsənsə, dur ayağa edək”.
Fəqan isə “Nə fərqi var ki? Qəfildən gəldi, bədahətən meyxana dedim. Ağa, burada nə var ki? Məndə arada belə olur. Bədahətən təb gəlib, meyxana da deyirəm. Mən dedim ki, meyxana oxuyum, dəstək olum sizə” sözlərini dilə gətirib.
Aktyorun bu ifadəsi meyxanaçını lap özündən çıxarıb. Ağamirzə “Mənə yalnız Allah dəstək ola bilər. Çatan meyxanaya müdaxilə edir. Belə olmaz axı.
Hərəsi əlində bir dənə mikrofon tutub deyir ki, meyxana niyə belə olub? Gedin, öz işinizlə məşğul olun. Mən başqa qafiyəyə yönəldirəm, yanımda əyləşən meyxanaçı Elşən də Fəqanın dediyini deyir” sözləri ilə məsələyə nöqtə qoyub.
Efirdə yaşanan həmin anları təqdim edirik:
- A-
- A
- A+
Şoutaym
12:10 / 28.02.2024
Meyxanaçı Ağamirzə efirdə aktyor Fəqana ƏSƏBİLƏŞDİ: “Öz işinlə məşğul ol” – VİDEO
Hazırda oxunan: Meyxanaçı Ağamirzə efirdə aktyor Fəqana ƏSƏBİLƏŞDİ: “Öz işinlə məşğul ol” – VİDEO
Hazırda oxunan: Meyxanaçı Ağamirzə efirdə aktyor Fəqana ƏSƏBİLƏŞDİ: “Öz işinlə məşğul ol” – VİDEO
180254
Rəşad Əliyev, Bizim.Media
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.