“Bəzi məsələlər var ki, gərək, onu yaşayasan ki, biləsən. Yaşadığım şeylərdən sonra anladım ki, heç kimə inanmaq olmaz”.
Bizim.Media xəbər verir ki, bu sözləri müğənni Gülay Zeynalova qonaq olduğu “İncə səhər” verilişində deyib.
Sənətçi ona zərbə vuran insanlardan söz açıb:
“Hər şey qədərində olmalıdır. Belə olanda daha gözəl olur. Hər insanın özünə uyğun dəyəri, hörməti olmalıdır. Artıq olanda sənin deyil...”.
Rəşad Əliyev, Bizim.Media