Türkiyəli müğənni Hadisə yeni eşqə yelkən açıb.
Bizim.Media xəbər verir ki, sənətçinin iş adamı Yalçın Ayaydının oğlu Mərd Ayaydınla eşq yaşadığı üzə çıxıb.
Etilərdə gecə klubların birində rəqs edən Hadisə özündən 10 yaş kiçik Mərdlə qucaqlaşaraq öpüşüb.
Onların səmimi görüntülərini isə anbaan qonaqlardan biri çəkərək sosial şəbəkə paylaşıb.
Qeyd edək ki, Hadisə ötən il iş adamı Mehmet Dinçerlerlə ailə qurub və bir neçə aydan sonra 5 dəqiqə ərzində boşanıb.
Rəşad Əliyev, Bizim.Media