Stilist və vizajist Anar Ağakişiyev Əməkdar artist Mehriban Xanlarovanın tərzinə əl gəzdirib.
Bizim.Media xəbər verir ki, aktrisanın imic dəyişimi “Dəyişən cavab” verilişinin bu həftə yayımlanacağı buraxlışında baş tutub.
Ağakişiyev Xanlarovanın saç düzümünü “180 dərəcə” dəyişərək onları qısaldıb. Mehriban yeni imicdə görüntülərini sosial şəbəkə hesabında paylaşaraq bu sözləri yazıb:
“38 ildən sonra saç stilimdə dəyişiklik etdim. 1986-cı ildə “Bircəciyim” filmində canlandırdığım “sarıköynək” oldum. Bu dəyişiklik üçün başda əziz dostum, Anar Ağakişiyev olmaqla, onun bütün kollektivinə sonsuz minnətdarlığımı bildirirəm. “Xəzər” TV kanalında yayımlanan “Dəyişən Cavab” verilişini izləməyi unutmayın”.
Rəşad Əliyev, Bizim.Media