Aygünün bacısı:

Aygünün bacısı: "Şou-biznesdəkilərin çoxu onun getməsinə sevindilər" - VİDEO

Hazırda oxunan: Aygünün bacısı: "Şou-biznesdəkilərin çoxu onun getməsinə sevindilər" - VİDEO

179843

"Bəlkə də indi bu deyəcəyim heç də yaxşı səslənməyəcək. Aygün Bəylərin getməsinə (dünyasını dəyişməsini nəzərdə tutur - red.) çox sənətçilər sevindi".

Bizim.Media xəbər verir ki, bu sözləri mərhum Əməkdar artist Aygün Bəylərin müğənni bacısı Zümrüd Hümbətova qonaq olduğu "Günaydın, Azərbaycan!" verilişində deyib.

Sənətkarın bacısı bildirib ki, onun dünyasını dəyişməsi şou-biznes aləmində bir çoxları tərəfindən sevinc hissilə qarşılanıb:

"Bu sözləri deyəndə şou-biznes nümayəndələrini nəzərdə tuturam. Onlar sevindilər. Aygünün yasına qadınlardan çox kişi sənətçilər gəlmişdi. Tanınmış kişi sənətçilərdən 10 nəfər hüzr mərasimində iştirak elədi". Təbii ki, bunu mənə demək düşməz, amma bacı Aygün Bəylər sənətkar idi. Bunu isə sənəti olan sənətçilər deyə bilər. Hiss elədim ki, paxılların sayı daha çoxdur".

Proqramda qonaq olan Aygünün digər bacısı Aynur Hümbətova vurğulayıb ki, mərhum öləcəyinə inanmayıb:

"Aygün vəsiyyət eləmədi. Çünki özü inanmırdı ki, ölüm ayağına yaxınlaşır. Yeni il ərəfəsində bizim evimizə gəldi. Yəni ana ocağına gəlmişdi. Hər bayramda hamımız yığışırıq. Aygün ora gəldi və vəziyyətini bacımız Zümrüdə etdi. Dedi ki, bu yoldan artıq dönən deyiləm. Görürəm ku, artıq gedirəm".

Aygünün bacısı Zümrüd onun son vəsiyyətinin qızı Canana ilə bağlı olduğunu söyləyib:

"Dedi ki, çox xahiş edirəm qızım Cananı oxutdurun. Ona təhsil verin ki, təhsilli olsun (ağlayır)... Bizə onun haqda danışmaq çox ağırdır".

Zümrüd bildirib ki, Heydər Əliyev Sarayında ölümündən əvvəl verdiyi konsertdə halı gözlənilmədən pisləşib:

"Aygünün konsertdən əvvəl təzyiqi qalxdı. Saat 20:00-da başlayan konsert yarım saat gecikdi. Buna görə isə Aygün çıxıb səhnədə üzr istədi. Otaqda ağlayırdı. Söylədi ki, tamaşaçılar zalda məni gözləyir, mənə görə yığışıblar. Mən də burada xəstə canımla oturmuşam. Gedib musiqilərimi ifa etməliyəm. Mən də ona söylədim ki, xalq bilir ki, sən ağır xəstəsən. Yəni buna görə səndən heç kim inciməz".

Qeyd edək ki, Əməkdar artist Aygün Bəylər uzun sürən xəstəlikdən sonra yanvar ayının 6-da gecə saatlarında Ankarada müalicə aldığı xəstəxanada vəfat edib.
 


Rəşad Əliyev, Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO