Mətanət İsgəndərli:

Mətanət İsgəndərli: "Dünyada evin dağılmağından pis bir şey yoxdur" - VİDEO

Hazırda oxunan: Mətanət İsgəndərli: "Dünyada evin dağılmağından pis bir şey yoxdur" - VİDEO

179783

"Bir Allahım, bir də özüm bildim, hansı əzablar çəkdim mən. Hələ də o əziyyətləri  yaşayıram. Kimsə dalaşanda bir-birinə qarqış edib deyirlər ki, sənin evin dağılsın. Dünyada ev dağılmağından dəhşətli pis bir şey yoxdur. Ən çox da uşaqlar zərbə alırlar".

Bizim.Media xəbər verir ki, bu sözləri Əməkdar artist Mətanət İsgəndərli qonaq olduğu "10-da görüşək" verilişində deyib.

Sənətçi son illər keçmiş gəlini Canana ilə yaşadığı qalmaqalları və məhkəmə proseslərini yada salaraq üstüörtülü bu hadisələri "Allahın sınağı" adlandırıb:

"Deyirəm ki, bu Allahın bir imtahanı və bununla da hər zaman sakitləşib, rahatlıq tapıb, ayaq üstə dururam. Çünki dünyada elə bir insan yoxdur ki, onu Allah imtahana çəkməsin. Bu dünya imtahan dünyasıdır. Ancaq səbr göstərmək lazımdır. Çünki səbr edən insanları Allah mükafatlandırır. Hər şeyi buraxıram Allaha. Deyirəm ki, mən çəkildim geri, sən özün idarə et, yoluna qoy. Həqiqətən də görürəm ki, zaman keçdikcə hər şey öz yoluna düşür".

Qeyd edək ki, M.İsgəndərlinin oğlu Kərim və keçmiş gəlini Canana 2021-ci ilin oktyabr ayında rəsmi olaraq boşanıblar. Onların üç övladı isə anadan alınaraq, ataya verilmişdi.

Canana daha sonra Apellyasiya Məhkəməsinə müraciət edərək övladlarının qəyyumluğunu ataları Kərimdən alıb. Uşaqlar hazırda M.İsgəndərli ilə birlikdə yaşayır. Kərim isə ikinci dəfə ailə qurub və bir övladı var.
 

Rəşad Əliyev, Bizim.Media
 
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO