Dünya şöhrətli aktrisa Ancelina Coli görünüşünü dəyişdirməsi ilə gündəmə gəlib.
Bizim.Media xəbər verir ki, aktrisa uzun müddətdən sonra tünd saçlarını sarı rəngə boyayıb.
Coli "Atelier Jolie" mağazasından çıxarkən Nyu-Yorkda paparazzilərə tuş gəlib. Hollivud ulduzu mağazaya səfəri üçün qara yun palto seçib, onun altında ağ köynək, qara şalvar və qara çəkmə geyinib.
Coli daha əvvəl verdiyi müsahibədə onun üçün sərfəli olmasa belə, qaçqınlara mağazasında iş verəcəyini söyləmişdi:
"Yəqin ki, pul itirəcəm, bəlkə də bir müddət. Əgər təkmilləşdirmələr olacağını düşündüyüm bəzi şeyləri həyata keçirə bilsəm, bu, böyük bir qələbə olardı".
Qeyd edək ki, son zamanlar nəşrlər Colinin məişət zorakılığında ittiham etdiyi keçmiş əri Bred Pittin yeni münasibətini tez-tez müzakirə edirlər. Keçmiş cütlük uzun və səs-küylü qarşıdurma yaşamışdı. Pitt hazırda bu yaxınlarda birlikdə yaşadığı dizayner İnes de Ramonla eşq yaşayır. Ancelina və Bredin altı övladı var.
Rəşad Əliyev, Bizim.Media
- A-
- A
- A+
Şoutaym
13:32 / 23.02.2024
Ancelina Coli bu addımı ilə müzakirə obyekti oldu – FOTO
Hazırda oxunan: Ancelina Coli bu addımı ilə müzakirə obyekti oldu – FOTO
Hazırda oxunan: Ancelina Coli bu addımı ilə müzakirə obyekti oldu – FOTO
179519
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.