Rühəngiz Allahverdiyeva: “O qız stress keçirib özünü öldürə də bilər” - ÖZƏL

Hazırda oxunan: Rühəngiz Allahverdiyeva: “O qız stress keçirib özünü öldürə də bilər” - ÖZƏL

179023

“Bu, anaların uşaqlara verdiyi düzgün olmayan tərbiyədir. Düzdür, ana heç zaman istəməz ki, övladı getsin bu cür hərəkətlər etsin, amma yenə də belə hərəkətlərin baş verməsinə imkan yaratmamalıdır”. 

Bu sözləri Əməkdar artist Rühəngiz Allahverdiyeva Bizim.Media-nın əməkdaşı ilə söhbətində deyib.  
 

MÖVZU İLƏ BAĞLI:

156 nömrəli məktəbin direktoru: "Şagird zarafat etdiyini deyib" – VİDEO 


Sənətçi məktəb şagirdlərinin sinif yoldaşına qarşı etdiyi qeyri etik davranışlarla bağlı olaya münasibət bildirib. Allahverdiyeva baş verən xoşagəlməz hadisəni pisləyib:  

“Bu dərəcə tərbiyəsizlik olmaz. Hamı söyüş söyür, həyasızlıq edir, amma hər şeyin həddi-hüdudu var. O qız uşağı bu cür davranışlardan sonra stress keçirib özünü öldürə də bilər. Bu, heç doğru hal deyil. Onu da yaradan Allah, dünyaya gətirən valideyn var. Onun qorxaqlığından istifadə edib, belə hərəkətlər etmək olmaz. Əgər qəlbinə dəyibsə, nahaq söz deyibsə, söz aparıb söz gətiribsə, bunların da bir təri var. Amma bu cür yox. Bu cür aqressiya, bu cür rəftar insanlığa sığmır. Vallah bu qızların xoş olmayan davranışlarından sonra kişilərə, oğlanlara hörmətim daha da artdı. Bu bir qıza yaraşmayan rəftardır. İnanın bu kadrları görəndən sonra hələ də özümə gəlməmişəm. O videonun təsiri altındayam. Bu hadisə mənim bir neçə gün əvvəl Əhməd adlı oğlanın öz ailə üzvlərini qətlə yetirməsi olayını unutdurdu”.  

Xatırladaq ki, sosial şəbəkələrdə 156 nömrəli məktəbin XI sinif şagirdinin (müvafiq səbəbdən şagirdin adı qeyd olunmur) yanvarın 17-si məktəbdən kənarda 2023-cü ildə IX sinifdən məzun olmuş qıza qarşı uyğunsuz və qeyri-etik davranışına dair görüntülər yayılıb. Dövlət qurumları görüntülərlə bağlı araşdırma aparırlar. 

Rəşad Əliyev, Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO