Müğənni İlahə Fəda Azərbaycanı birdəfəlik tərk edib.
Bizim.Media xəbər verir ki, bu haqda sənətçi sosial şəbəkə hesabında paylaşım edib.
İlahə Almaniyaya köçdüyünü və orada musiqi fəaliyyəti ilə məşğul olduğunu bildirib. İlahə, həmçinin imicinə də əl gəzdirib. Ulduzun paylaşdığı son şəkildə xeyli çəki ataraq arıqladığı diqqətdən qaçmayıb.
Qeyd edək ki, İlahə Fədanın müğənni bacısı Fədayə Laçın oğlu ilə pandemiya ərəfəsində Rusiyaya köçüb və orada ifaçılıq karyerasını davam etdirir.
Rəşad Əliyev, Bizim.Media