Azərbaycanı 2016-cı ildə Stokholm şəhərində keçirilən nüfuzlu "Avroviziya" mahnı münsabiqəsində "Miracle" (Möcüzə) mahnısı ilə təmsil edən müğənni Səmra Rəhimli yeni "Tamagotchi" adlı trekinin tanıtım çarxı üçün kamera önünə keçib.
Bizim.Media xəbər verir ki, cazibədar ifaçı muncuqla bəzədilmiş sinə aksesuarı, üzərinə isə qara "crope" pencək və eyni rəngdə tül işləməli "lasin"lə qalmaqallı və açıq-saçıq pozlar verib.
Həmin görüntüləri isə Səmra sosial şəbəkə hesabında paylaşıb.
Həmin kadrları sizə təqdim edirik:
Rəşad Əliyev, Bizim.Media