“Pişik” Günel: “Nəfəs başından böyük danışır, Zaur isə səviyyəsiz aparıcıdır”  - VİDEO 

“Pişik” Günel: “Nəfəs başından böyük danışır, Zaur isə səviyyəsiz aparıcıdır”  - VİDEO 

Hazırda oxunan: “Pişik” Günel: “Nəfəs başından böyük danışır, Zaur isə səviyyəsiz aparıcıdır”  - VİDEO 

177239

Müğənni Günel Ələkbərova (Pişik) Nəfəs ləqəbi ilə şou-biznesdə məşhurlaşan müğənni Günel Məmmədlinin Zaur Nəbioğlu aparıcısı olduğu “Rəngarəng səhər” verilişində səsləndirdiyi “Günel nə zaman “tutuzdurub” ki? Günel nə zaman olub ki?” sözlərinə sərt şəkildə reaksiya bildirib. 

Bizim.Media xəbər verir ki, bu haqda sənətçi qonaq olduğu “Xəbərin var?” maqazin verilişində danışıb.

Günel nəyin ki, Nəfəsi, eyni zamanda Zauru “ağ yuyub, qara sərib”. 

“Söhbət gündəmdən gedir. Qabaqlar düşünürdüm ki, Nəfəs səmimi xanımdır. Hətta bu verilişdə ifası müzakirəyə çevrilən Nəfəsi müdafiə etdim. Amma bu xanım çıxıb haqqımda başqa sözlər danışır. Onun dediyi bu sözlər mənə gülməli gəldi. Çünki, zamanında mənim fanatım olanlar...

Öz adı “Günel” ola-ola başqa ləqəblə çıxan bu xanım, niyə öz adınla səhnəyə çıxmadın? Mən heç kimin qəlbinə və xətrinə dəymək istəmirəm. Çünki mən 2003-cü ildən peşəkar səhnədəyəm və əlimdən qəldiyi qədər çalışaram ki, dəstək olum. Amma onlar da öz həddini və yerini biləcək. Mənim də zamanında sevib səhnəyə gəldiyim müğənnilər var ki, bugünkü gündə mən onlara hörmətlə yanaşıram. Amma çıxıb onlara dil uzatmıram.
Demək istəyirəm ki, zamanında məni bilib və zənn edib məclislərə çağırdıqları insanlar, söhbət elə Nəfəsdən gedir, sonra da baxıblar ki, yox, bu Günel, yəni mən deyiləm. Çünki insanlar səhnədə məni gözləyirmişlər, amma elə zənn ediblər ki, Nəfəs Güneldir. Onu səhnədən aşağı düşürüblər. Yəni sən bunu özün efirdə danışıb etiraf edirsən ki, Günelin də o zamanlar efirləri partladan vaxtı vardı, indi sən birdən-birə necə deyə bilərsən ki, Günel heç zaman gündəmdə olmayıb? Bu, başdan böyük danışmaqdır.

Mən bunları qınamıram. Bunlar Aqşin Fateh, Nurlan Təhməzli kimi müğənnilərin sayəsində tanınırlar və sonradan “şişirlər”. Amma hər kəs öz həddini bilməlidir. Nəfəs mənim həmkarımdır, amma bax, gör kimə dil uzadırsan. Olmaz! Mən illərlə səhnəyə çıxmasam da, hər zaman varam. Əgər sən belə özünə güvənirdinsə, müğənni Günellərin səhnədə çox olan zaman öz adından imtina edib başqa adla çıxmısan.

Əslində, mən günahı heç Nəfəsdə görmürəm. Ən böyük günah bizim sayəmizdə aparıcı statusu alıb bugünkü gün veriliş aparanlardadır. Şəxsən mən “dıydıq” (səviyyəsiz – red.) aparıcıların və onların aparıcısı olduğu “dıydıq” verilişlərə getmirəm. Hər verilişə gedən insan deyiləm. Mənim şəkillərimi efirlərində yayımlayıb dünən “dingildəyib” çıxmış insanları çağırırlar və mənim kimi sənətçiləri və sənətkarları müzakirə obyektinə çevirməyə çıxarırlar...

Bu nə dərəcədə düzgündür?

Elə yaxşı edirəm, belə aparıcıların verilişlərinə getmirəm. Əcəb edirəm, əlimin içindən gəlir. Son zamanlar Nəfəsin müsahibələri çıxır, heç səmimi də görmürəm. İnsan bir anda bu qədər çaşmaz. Zamanında mən səhnəyə çıxanda sən, Nəfəs, qaça-qaça səhnənin yanına gəlib gözləyirdin ki, mənimlə şəkil çəkdirəsən. Mən həmin Güneləm.

Amma indi necə deyirsən ki, Günel gündəmdə olmayıb?

Bunu sənin birdən-birə parlamağına keçirəm. Amma ağıllı ol, bax, gör kimə nə söz deyirsən və çalış, aparıcıların fitvasına getmə. Biz səninlə məclislərdə rastlaşmırıq, çünki “kateqoriya” söhbəti var. Mən olduğum məclislərdə əsla sən ola bilmərsən. Amma həyatdır, ola bilsin ki, qarşılaşaq... Elə et ki, üz-üzə gələndə bir-birimizə heç olmasa “salam” verək. Ona görə “qırıcı” olma”. 
 


Rəşad Əliyev, Bizim.Media
 
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO