Nərgiz Cəlilova: “Qızımın əri Çində doğulan uyğur türküdür” – VİDEO 

Nərgiz Cəlilova: “Qızımın əri Çində doğulan uyğur türküdür” – VİDEO 

Hazırda oxunan: Nərgiz Cəlilova: “Qızımın əri Çində doğulan uyğur türküdür” – VİDEO 

176636

Aparıcı Nərgiz Cəlilova ilk dəfə qızı Nərminin qurduğu ailə həyatından söz açıb. 

Bizim.Media xəbər verir ki, jurnalist İradə İsaqın “YouTube” layihəsində qonaq olan televiziya ulduzu kürəkəninin Çində doğulan uyğur türkü olduğunu açıqlayıb. 

“Mən qızımın ailə qurmasını gizlətmədim. Sadəcə, bunu bəyan etmədim. Qızımın həyat yoldaşı uyğurludur. Sadəcə, o, Çində dünyaya gələn uyğurdur. O, uyğur türküdür, amma ABŞ vətəndaşıdır. Qızım özü istəmədi ki, onunla bağlı hansısa şəkil və ya məlumat paylaşım”, - deyə Nərgiz vurğulayıb. 
Cəlilova ikinci dəfə ailə qurmamasının səbəbini isə belə açıqlayıb: 

“Mən özümü heç zaman tənha hiss etməmişəm və ikinci dəfə ailə qurmağı da istəməmişəm. Elə övladlar var ki, belə məsələlərə qısqanclıqla yanaşırlar. Amma qızım dedi ki, sən cavansan, niyə ikinci dəfə ailə həyatı qurmursan? Mən isə bunu edə bilmədim. Alınmadı... Heç bilmirəm ki, o necə bir insan olmalıdır ki, ikinci dəfə mən ailə həyatı qurum. Mən həddindən artıq müstəqil bir insanam”. 
 



Rəşad Əliyev, Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO