Müğənni Roza Zərgərli açıqlaması ilə diqqətləri üzərinə cəmləyib.
Bizim.Media xəbər verir ki, sənətçi qonaq olduğu "Dəyişən cavab" verilişində gənc həmkarlarına xəbərdarlıq ünvanlayıb.
Roza bildirib ki, kanalların birində baş tutan bayram-konsert çəkilişində "Hiss" ləqəbi ilə şou-biznesdə məşhurlaşan Röya Məmmədova onunla və Xalq artisti Röya Ayxanla eyni səhnəni bölüşmək istəməyib:
"Gənc müğənni "Hiss" deyib ki, “əgər o tədbirdə Roza Zəngərli və Xalq artisti Röya Ayxan varsa, mən gəlməyəcəyəm. "Hiss" deyib ki, “mən filan müğənnilərlə səhnəyə çıxmıram. Mən özüm seçməliyəm hansı müğənni mənimlə o səhnəyə çıxacaq"”.
Zərgərli həmçinin həmkarı Günay İbrahimlinin də efirə digər sənət yoldaşları ilə deyil, tək çıxdığını qeyd edərək, ona acıqlanıb:
"Bunu tək "Hiss" etmir. Bir çox gənc ifaçılar var ki, efirə və verilişlərə tək çıxmaq istəyirlər. Onların arasında məndən inciməsin müğənni Günay İbrahimli də var. Sizə o ixtiyarı heç kim verməyib. Gənc ifaçının nə həddi var ki, desin ki, “efirə mən tək çıxıram”. Bu nə "ulduz xəstəli"dir? Mən 24 ildir ki, bu səhnədə külüng vururam".
- A-
- A
- A+
Şoutaym
21:29 / 03.02.2024
Roza: ""Hiss” mənimlə və Röya ilə səhnəyə çıxmaq istəmir, Günay isə..." - VİDEO
Hazırda oxunan: Roza: ""Hiss” mənimlə və Röya ilə səhnəyə çıxmaq istəmir, Günay isə..." - VİDEO
Hazırda oxunan: Roza: ""Hiss” mənimlə və Röya ilə səhnəyə çıxmaq istəmir, Günay isə..." - VİDEO
176462
Rəşad Əliyev, Bizim.Media
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.