Mənzurə Musayeva: “1 sutka toy oxumuşam” – VİDEO 

Mənzurə Musayeva: “1 sutka toy oxumuşam” – VİDEO 

Hazırda oxunan: Mənzurə Musayeva: “1 sutka toy oxumuşam” – VİDEO 

176224

Müğənni Mənzurə Musayeva açıqlaması ilə gündəmə gəlib. 

Bizim.Media xəbər verir ki, sənətçi qonaq olduğu “Həmin Zaur” axşam şousunda bildirib ki, illər əvvəl bir sutka toy oxuyub. 

“Əvvəllər səhərdən gecə saat 02:00-a kimi toy oxuyurduq. Canımız, qanımız gedib. Fonoqram yox...

Bir sutka toy oxuyurduq. İndikilər gəlir, üç dənə fonoqram oxuyub, gedir. O toy oxumaqdır? Əvvəllər qız dəstəsi ilə toya gedirdim. Ərdə olanda həyat yoldaşım kişi məclislərinə getməyə icazə vermirdi. Sonra həyat yoldaşımdan ayrılandan sonra kişi məclislərinə də getdim.
Sumqayıtda olanda Təhmurəz Şirinovla birgə toylara getməyə başladım. Sonra Səyyad Əlizadə ilə toylara getdim. Bizim duetlərimiz 2000-ci illərdə bomba kimi partladı. Allah Səyyad bəyə rəhmət eləsin”. 
 


Rəşad Əliyev, Bizim.Media

Etiketlər:
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO