“TikTok”er Ləman Ülvira Qarayevanı məhkəmə ilə HƏDƏLƏDİ – VİDEO

“TikTok”er Ləman Ülvira Qarayevanı məhkəmə ilə HƏDƏLƏDİ – VİDEO

Hazırda oxunan: “TikTok”er Ləman Ülvira Qarayevanı məhkəmə ilə HƏDƏLƏDİ – VİDEO

175907

“TikTok” sosial şəbəkə platformasının fenomeni Ləman Vəliyeva aparıcı Ülvira Qarayevanı məhkəməyə verəcəyi ilə hədələyib. 

Bizim.Media xəbər verir ki, bununla bağlı Ləman sosial şəbəkədə hesabında açdığı canlı yayımda məlumat verib. 

“Əziz aparıcı, demisiniz ki, uşağını döyür, görmüşəm. Əgər həmin video paylaşılmasa, uşağımın döyüldüyü sübut olunmasa, sizi məhkəməyə verəcəyəm. Təzminat alacağam. Aparıcı olmaq o demək deyil ki, veriliş açıb, haqqımda nə gəldi deyəsiniz. Qalan şeylərə gəldikdə nə qadınlığımı, nə tərbiyəmi pozmuram. Yaxşı danışıq qabiliyyətim var. Bu gün mən o verilişdə danışılmışamsa, deməli, sizin mənə ehtiyacınız var. Aparıcı olmağınız nə gəldi danışmağınıza bəraət qazandırmır” – deyə o bildirib. 

Qeyd edək ki, Ü.Qarayeva aparıcısı olduğu “Günə son” ictimai-sosial proqramında “Xanımın adını çəkmək istəmirəm, bu yaxınlarda hüquq mühafizə orqanları söhbətə cəlb etmişdi, sonra da buraxmışdılar. Uşağını efirdə necə döyürdü” sözlərini dilə gətirib. 
 

Rəşad Əliyev, Bizim.Media
 
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO