Rihanna ilə Natali Portmanın Parisdəki görüşü GÜNDƏM OLDU - FOTO

Rihanna ilə Natali Portmanın Parisdəki görüşü GÜNDƏM OLDU - FOTO

Hazırda oxunan: Rihanna ilə Natali Portmanın Parisdəki görüşü GÜNDƏM OLDU - FOTO

174805

Paris Moda Həftəsi çərçivəsində "Christian Dior"un yeni kolleksiyasının təqdimatında iştirak edən dünya pop musiqisinin ulduzu Rihannanın məşhur kinoaktrisa Natali Portmanla görüşü gündəmə səs salıb.

Bizim.Media xəbər verir ki, müğənni sevdiyi aktrisanı təqdimatda görüncə üzərinə qaçaraq, onu "Hollivudun ən qaynar "it qızı" adlandırıb.

Natali də Rihannaya cavab olaraq, uzun illərdir pop ulduzun pərəstişkarı olduğunu və onun musiqilərinə qulaq asmağı çox sevdiyini dilə gətirib:

“Mən səni sevirəm və hər zaman musiqini dinləyirəm. Sən sadəcə bir kraliçasan. Təşəkkür edirəm”.
Yeri gəlmişkən, müğənni Natali ilə şəkil çəkdirərkən etiraf edib ki, o, məşhurlarla tədbirlərdə görüşməyi xoşlamır, lakin bu görüşü uzun müddət xatırlayacaq.


Rəşad Əliyev, Bizim.Media

Etiketlər:
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO