Keyt Moss illər sonra Merilin Monronun obrazını TƏKRARLADI - FOTO  

Keyt Moss illər sonra Merilin Monronun obrazını TƏKRARLADI - FOTO  

Hazırda oxunan: Keyt Moss illər sonra Merilin Monronun obrazını TƏKRARLADI - FOTO  

174719

50 yaşlı britaniyalı supermodel Keyt Moss “Charlotte Tilbury” üçün yeni reklam kampaniyasında “Centlmen Prefer Blondes” (“Centlmenlər” sarışınlara üstünlük verirlər) filmindəki əfsanəvi dünya ulduzu Merilin Monronun simvolik obrazını təkrarlayıb. 

Bizim.Media xəbər verir ki, kadrlarda bir gün əvvəl 50 yaşı tamam olan supermodel çəhrayı, çiyni açıq paltarda, uzun əlcəklərdə və Monronun taxdığı zinət əşyalarında görünüb. 

Moss görünüşünü 1950-ci illərin üslubunda saç düzümü ilə tamamlayıb. Eyni obrazda Merilin Monro 1953-cü ildə Hovard Hoksun musiqili komediyasında görünmüşdü. 

Onun personajı Loreley Linin “Brilyantlar bir qızın ən yaxşı dostudur” mahnısını oxuduğu səhnə kino tarixinin ən məşhurlarından biri hesab olunur. 

Maraqlıdır ki, bu film Merilinin karyerasında ən parlaq filmlərdən biri olsa da, aktrisanın qeyri-ciddi bir sarışın kimi reputasiyasını təmin edib. 1985-ci ildə Madonna “Material Girl” mahnısına çəkdiyi klipdə bu səhnəni təkrarlayıb. Bizim yerli ulduzlardan isə müğənni Nura Suri bəstəkar və ifaçı Murad Arifin onun üçün bəstələdiyi “Brilliantlar”mahnısına çəkilmiş klipdə Merilin Monronun sözügedən məşhur obrazını təkrarlayıb. 














Rəşad Əliyev, Bizim.Media

 

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO