Filipp Kirkorova daha bir ZƏRBƏ 

Filipp Kirkorova daha bir ZƏRBƏ 

Hazırda oxunan: Filipp Kirkorova daha bir ZƏRBƏ 

174153

Rusiyanın Xalq artisti Filipp Kirkorov daha bir zərbə alıb. 

Bizim.Media xəbər verir ki, sənətçi rol aldığı hər kəsin sevimli serialı “Сваты”dan (Nişan) uzaqlaşdırılıb. 

Daha əvvəl isə Kirkorov “Mavi işıqlar”, “Milad” konserti və “İlin mahnısı”ndan uzaqlaşdırılıb.

Filipp üçün, öz çevrəsində deyildiyi kimi, bu, ən dəhşətli zərbədir. Çünki onun “İlin mahnısı”ndakı çıxışı sənətçinin əsas mükafatı hesab edilib. 

Kirkorov serialda epizodlardan birində özünü canlandırıb. Həmin epizodda müğənnini “əziz Filip” adlandırırlar. Bu fraqment 2010-cu ildə lentə alınıb. Lakin indi həmin hissə montaj olunaraq çıxarılıb. Bu isə heç bir şəkildə serialın axınına təsir etməyib. 
Qeyd edək ki, Kirkorov bu yaxınlarda Dubaydan qayıdıb. O, orada Rusiyadakı maliyyə itkilərini korporativ tədbirlərdə çıxış edərək kompensasiya edib. 

Rəşad Əliyev, Bizim.Media

Etiketlər:
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO