“Kaş ki, o zaman bəzi məqamlarda susmasaydım. O dönəm elə bir dönəm idi ki, hörmətlə yanaşırdım. Özümdən böyükdür deyə “söz qaytarmaq olmaz, ayıbdır” düşünürdüm. Böyük-kiçik yerini hər zaman qoruyurdum. Amma gərək, özünə hörmət etməyən insanlara mən də o zaman hörmət etməzdim”.
Bizim.Media xəbər verir ki, bu sözləri müğənni Damla (Məsumə Məmmədova) qonaq olduğu “Xəbərin var?” maqazin verilişində deyib.
Sənətçi bir zamanlar onun üzərinə ləkə yaxan və haqqında xoşagəlməz fikirlər səsləndirən, Xalq və Əməkdar artist fəxri adını daşıyanlara cavab vermədiyi üçün peşmanlıq çəkdiyini dilə gətirib:
“Kaş ki, haqqımda xoşagəlməz sözlər danışan bəzi həmkarlarımın cavabını verərdim. Çünki o insanlar üstümə ləkə yaxmağa çalışdılar. Deyirdilər ki, “Damla sıradan oxuyandır və repertuarı yaxşı deyil”. Gərək işimlə yanaşı sözümlə də onların cavabını verərdim. Elə onların dilində cavab verərdim.
Bəzi məqamlarda buna görə peşmanlıq yaşayıram. Özümə deyirəm ki, bax, onun yeri idi, gərək, sözümü ona söyləyərdim. İçlərində təbii ki, Xalq və Əməkdar artistlər var. Ən azından gərək, onların cavabını verərdim.
Musiqi təhsili olmayan, orta məktəbə getməyən, ali təhsili olmayan, universitet bitirməyən insan haqqında fikir bildirir. Hara baxırsan, hansı ağıldasan, nə içirsən, nə yeyirsən, hansı havanı udursan, sən harada təhsil aldın, hansı məktəbi bitirdin, nə yatdın, nə yuxu gördün ki, müdaxilə edib, düzgün olmayan fikir bildirirsən?
Siz özünüz haranı bitirmisiniz ki, mənə irad bildirirsiniz? İnsanın gərək, təhsili olsun ki, qarşındaki insan barəsində fikir bildirsin”.
Rəşad Əliyev, Bizim.Media
- A-
- A
- A+
Şoutaym
09:32 / 19.01.2024
Damla: “Kaş ki, haqqımda pis sözlər danışan Xalq və Əməkdar artistlərin cavabını verərdim”
Hazırda oxunan: Damla: “Kaş ki, haqqımda pis sözlər danışan Xalq və Əməkdar artistlərin cavabını verərdim”
Hazırda oxunan: Damla: “Kaş ki, haqqımda pis sözlər danışan Xalq və Əməkdar artistlərin cavabını verərdim”
174100
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.