Dağıstanlı müğənni Aşera qısa paltarına görə TƏNQİD EDİLDİ - VİDEO

Dağıstanlı müğənni Aşera qısa paltarına görə TƏNQİD EDİLDİ - VİDEO

Hazırda oxunan: Dağıstanlı müğənni Aşera qısa paltarına görə TƏNQİD EDİLDİ - VİDEO

173825

Dağıstanlı müğənni AŞERA imicinə görə həmyerlilərinin qınaq obyektinə çevrilib. Konsertdə o, yerli ictimaiyyətin narazılığına səbəb olan qısa və dar paltarda görünüb.

Bizim.Media xəbər verir ki, bu barədə informasiyanı "kp.ru" saytı yayıb.

Sosial şəbəkələrdə ona qarşı bir çox şərhlər daha sərt olub. Bu, sənətçinin geyiminin Dağıstanın ənənəvi normalarına uyğun olmadığını göstərir. 

İstifadəçilər hesab edirlər ki, müğənni “kişi qohumlarını biabır etdiyinə” görə cəzalandırılmalıdır.

Bir çoxları onun çıxışını “striptiz konsert” adlandırıb.

Sosial şəbəkələrdə 32 mindən çox izləyicisi olan Aşera Dağıstanda toy və ziyafətlərdə çıxış edir. O, tez-tez dar paltarlar geyinir, ancaq son geyimi aktiv tənqidlərə səbəb olub.

Dağıstanın ictimai xadimi Bulaç Çankalayev müğənninin çıxışını pisləyərək, bunu “ayıb” adlandırıb və yaxınlarını məsələyə müdaxilə etməyə çağırıb. 

Tənqidlərə cavab olaraq Aşera çıxışının bir hissəsini sosial şəbəkələrdə təkrarlayıb və cəlbedicili olduğunu deyib:

“Özümə kənardan baxdım və gözəl göründüyümə əmin oldum!”.
 

Bizim.Media
 
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO