“Bayağı ifaçıları qınamıram. Onları tənqid etmək həddim deyil. Hamı evinə 5 manat pul aparmaq istəyir”.
Bizim.Media xəbər verir ki, bu sözləri müğənni Kərim Abbasov qonaq olduğu “Xəbərin var?” maqazin verilişində deyib.
Kərim bildirib ki, musiqi təhsili olan müğənnilər bayağı ifaçılardan fərqli olaraq qat-qar az qazanc əldə edirlər:
“Əgər kimdəsə bayağı mahnılar alınırsa, qoy onları müğənni oxumaqda davam etsin. Onların o ifalarını dinləyənlər və bəyənənlər daha çoxdur. Konservatoriyanı bitirənlər bu dəqiqə acından ölürlər. Amma həmin bayağı mahnıları ifa edən müğənnilərin toyları çoxdur”.
Rəşad Əliyev, Bizim.Media